İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan COP-29-a GƏLİR - Ermənilər onun niyyətindən YAZDI...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Baxmayaraq ki, ötən cümə günü Mirzoyan "Vətəndaş Müqaviləsi" fraksiyası ilə qapalı görüşdə  "əsirlərin" geri qaytarılacağı təqdirdə Bakıya səfər edəcəyini açıqlayıb.

Nəşr yazır ki, "onlar geri qaytarılmasa belə, xarici işlər naziri həmin platformada bu məsələni gündəmə gətirməyin vacib olduğunu düşünür".

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR