İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan Azərbaycanla iki sənədin eyni vaxtda imzalanmasından danışdı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfinə iki sənədin eyni gündə imzalanması ilə bağlı təklifini bir daha səsləndirib.

Musavat.com xəbər verir ki, bu barədə o, sloveniyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Mirzoyan Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərdən biri kimi ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı tələblərinə münasibət bildirib.

Nazir qeyd edib ki, əslində Ermənistan və Azərbaycanın mövqeləri məlumdur:

“Biz Antalyada bir qədər irəliləməyə çalışdıq. Amma hər hansı qərarın əldə edildiyini demək şişirtmə olardı. Lakin müzakirələri davam etdirmək lazımdır”.

Onun sözlərinə görə, əgər de-fakto başa çatmış münaqişə de-yure olaraq sülh müqaviləsi ilə təsdiqlənərsə, artıq Minsk Qrupu formatına ehtiyac qalmayacaq. Hətta münaqişənin nizamlandığı və sənədin imzalandığı şəraitdə belə bu format əks təsir göstərə bilər.

Mirzoyanın bildirdiyinə əsasən, buna görə də İrəvan bir gündə – istənilən ardıcıllıqla – həm sülh müqaviləsinin, həm də ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı müraciətin imzalanmasını təklif edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR