İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrant qayığı batdı: Onlarla insan itkin düşdü

Liviya sahillərində miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 30-a yaxın adam itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizəsi məlumat yayıb.

Xilasetmə əməliyyatı zamanı qayığın batdığı, 17 nəfərin xilas edildiyi, daha 30 nəfərin isə itkin düşdüyü bildirilir. Yaxınlıqdakı ticarət qayıqları itkin düşənləri axtarır.

Martın 9-dan İtaliya miqrantları dəniz yolu ilə qeyri-qanuni daşıyanlara görə cəzanı 30 ilə qədər sərtləşdirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR