İnsanlara hürriyət, millətlərə istiqlal!

“Minatəmizləmə sahəsindəki xidmətlərə görə” medalı təsis edilir

Milli Məclisdə “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə ilk oxunuşda müzakiyə çıxarılaraq qəbul edilib. Layihəni deputat Nizami Səfərov təqdim edib. Layihəyə əsasən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

- minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;

- minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;

- minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə;

Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda onlardan sonra taxılır.

Deputat Razi Nurullayev minatəmizləyənlərin olduqca təhlükəli və riskli fəaliyyətlə məşğul olduqlarını əsas gətirib, onların əməkhaqqının artırılmasını, həlak olanlara şəhid statusunun verilməsini zəruri saydı.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edildi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR