İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder Kərimov Rusiyada liman aldı

Rusiyanın Mahaçqala Dəniz Ticarət Limanı özəlləşdirilib.

Musavat.com xəbər verir ki, bunu Dağıstanın Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyinin rəhbəri Cambulat Salavov açıqlayıb. Onun  VKontakte sosial şəbəkəsində yaydığı məlumata görə, özəlləşdirmə prosesində əsas investor milyarder Süleyman Kərimov çıxış edib. O, limanın səhmlərinin 51 faizini əldə edib.

2022-ci ilin sentyabrında Dağıstan rəhbəri qeyd edib ki, limanın ona böyük sərmayə qoya bilən özəl investorlara verilməsi məsələsinə baxılır ki, bu da limandan Şimal-Cənub nəqliyyat dəhlizi və logistikasının inkişafı üçün istifadə etməyə imkan verəcək.

2024-cü ilin martında Prezident Vladimir Putin dövlət və strateji investor tərəfindən “Şimal-Cənub” ASC-nin yaradılması haqqında fərman imzaladı. Yeni səhmdar cəmiyyətin kapitalına daxil olmaq üçün aktivin dəyəri 1,25 milyard rubl məbləğində müəyyən edilir. Strateji investorun pul töhfəsi onun 51 faizini təşkil etməlidir.

Qeyd edək ki, Mahaçqala dəniz limanı Rusiyanın Xəzər dənizində yeganə buzlamayan dərin sulu limanıdır. Liman ərazisində quru yüklərin, açıq və tünd neft məhsullarının daşınması üçün komplekslər, ümumi, toplu yüklər və konteynerlər üçün yanalma körpüləri, dəmir yolu və bərə terminalları, taxıl terminalı var.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR