İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası başladı

Milli Məclisin plenar iclası özişinə başlayıb. Spiker Sahibə Qafarova əvvəlcə bir gün əvvəl Türkiyə və Azərbaycan prezidentlərinin Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsindən danışdı.

Spiker bildirdi ki, Zəngilanın işğaldan azad edilməsinin növbəti ildönümündə belə bir böyük layihənin gerçəkləşməsi mühüm tarixi əhəmiyyətə malik hadisə idi. Spiker dedi ki, Zəngilandan dünyaya verilən mesaj ondan ibarət idi ki, cənab prezident dediyi kimi, biz öz torpaqlarımıza əbədi qayıtmışıq, vandalların viranqoyduğu Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyara çevirəcəyik.

Sədr Türkiyənin 44 günlük müharibədə olduğu kimi, quruculuq işlərində də Azərbaycanın yanında olduğunu vurğuladı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR