İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə Qərbi Azərbaycanla bağlı dinləmə keçirilir  

Milli Məclisdə, Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarix-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilir.

Musavat.com xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva giriş nitqi ilə çıxış edərək dövlət və ictimai qurum təmsilçilərinin, yaradıcı insanların, media təmsilçilərinin qatıldığı tədbirin önəmindən bəhs etdi. Komitə sədri dinləmənin yüksək səviyyədə təşkilinə görə, Milli Məclisin Sədri Sahibə Qafarova başda olmaqla Milli Məclis Aparatına, Mədəniyyət komitəsinə, Əziz Əlibəylinin rəhbərliyi ilə Qərbi Azərbaycan İcmasına təşəkkür etdi.

Q.Paşayeva Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə böyük önəm verməsini, qəbul olunan Qayıdış Konsepsiyası dövlət başçısının Qərbi Azərbaycan İcmasında keçirdiyi görüşdə qarşıya qoyulan əsas vəzifələrlə bağlı fikirlərini bölüşdü.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR