İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis Türkiyədəki zəlzələ qurbanlarını sayğı duruşu ilə yad etdi

Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova giriş nitqini qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələyə həsr etdi.

Parlament sədri bildirdi ki, baş verən zəlzələ nəticəsində çoxsaylı insanlar həlak olub və yaralanıb. Spikerin təklifi ilə zəlzələ nəticəsində həlak olan bacı-qardaşlarımızın xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi. S.Qafarova “inanırıq ki, Türkiyə bu fəlakətin vurduğu yaraları da tezliklə sağaldacaq və bu sınaqdan da şərəflə çıxacaq”  -deyə, bildirdi və Azərbaycanın qardaş ölkənin yanında olduğunu vuğruladı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR