İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis daha iki qanun layihəsini təsdiqlədi

Milli Məclisin iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq, qəbul edildi. Layihədə növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6 milyard 263 milyon 970 min manat məbləğində nəzərdə tutulub. Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi də üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Qeyd olundu ki, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə görə, növbəti ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub. Bu isə Fondun qarşıya qoyduğu 12 istiqamətdə məşğulluq məsələlərinin həllinə imkan yaradacaq. Növbəti ildə 17 minə yaxın vətəndaşın bu proqrama cəlb olunması planlaşdırılır.

Qanun layihələri komitə sədri Tahir Mirkişili və deputat Məlahət İbrahimqızının təqdimatlarından sonra təsdiqləndi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR