İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkilindən önəmli açıqlama: “Qırmızı bülleten”ə düşmüş şəxsləri də mühakimə edəcəyik

 

“İlk növbədə ədalət mühakiməsini obyektiv şəkildə həyata keçirmək lazımdır. Azərbaycan dövləti bunu heç bir hüquq pozuntusu olmadan, cinayətkarların müdafiə hüququnu təmin etməklə həyata keçirəcək”.

Bu fikirləri millət vəkili Fazil Mustafa Araik, Vardanyan və digər xunta rəhbərlərinin ələ keçirilməsini şərh edərkən bildirib. O, emosional yanaşmaya yol verilməməsinin tərəfdarıdır: “Cəmiyyətdə xeyli yalançı vətənpərvər insan var ki, özlərini qəhrəman kimi göstərməyə çalışırlar. Erməni məsələsinin sadə məsələ olmadığını anlamaq lazımdır. Hərbi baxımdan qalibik, əraziyə nəzarət edirik, amma hələ də dünyanın erməniyə “simpatiyasını” azalda bilməmişik. “Abidə sökülməlidir”, “niyə müdafiəçi təyin olunub?” kimi yanlış fikirlər səslənir. Müdafiəçi azərbaycanlıdır, dövlətə xəyanət edəcək biri deyil. Hüquq heç kimin müdafiəsiz qalmamasını tələb edir. Ən qatı cinayətkarın belə müdafiəçisi olur. Belə bir vəziyyətdə təzyiq göstərmək ədalətsiz davranışdır. Saxlanan şəxslərin törətdiyi bütün əməllər sübuta yetirilməlidir. Bunu elə etmək lazımdır ki, heç bir boşluq qalmasın. İnsan haqları məhkəməsi yaxud başqa instansiyalara müraciət edib, yeni qərarların qarşısını almaq lazımdır”.

Millət vəkilinin fikrincə, saxlanan şəxslərin ifadələri əsasında digər cinayətkarlar da ələ keçirilə bilər: “Xarici ölkələrdən ekstradisiyası mümkün olan və “qırmızı bülleten”ə düşmüş şəxsləri də (red: İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş) mühakimə edəcəyik. Nə istintaqı, nə də prosesdə çalışan insanları tələsdirmək lazım deyil. Hələ ki, xaricdən gələn təzyiqləri azaltmaq üçün təmkinli davranmaq lazımdır”.

 

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR