Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına qarşı 50 faizlik idxal rüsumunun tətbiqi qərarına yenidən baxmaq niyyətində olmadığını bildirib.
Musavat.com xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Brüsselə hər hansı güzəşt olunmayacağını, lakin danışıqlara hazır olduğunu vurğulayıb: "Mən razılığa gəlmək fikrində deyiləm. Artıq 50 faizlik tariflər ülə özü razılaşmadır. Amma yenə də, Aİ şirkətləri burada ABŞ-da istehsala başlasalar, tariflər tətbiq edilməyəcək. Əgər kimsə gəlib burada zavod tikmək istəsə, onlar zavodu tikənə qədər vaxt verməyi müzakirə edə bilərik. Məncə, bu, məqsədəuyğun olardı".
Trampın qərarı ilə bağlı Fransanın xarici ticarətdən məsul nazir nümayəndəsi Loran Sen-Marten BFMTV-yə onun qəbuledilməz olduğunu və avropalıların cavab tədbirləri görəcəklərini deyib: "Bu, bizim üçün qəbuledilməzdir".
Nazirin sözlərinə görə, belə rüsumlarla ABŞ-a konyak və digər məhsulların tədarükü faktiki olaraq dayandırılacaq: "Bu, Amerika məhsullarına Avropanın cavabının olacağı anlamına gələcək. Düşünürəm ki, bu, amerikalılar üçün də qəbuledilməz olacaq".
Musavat.com
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ