İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"ndan DANIŞDI

“Dünən Milli Məclis rəhbərliyinin tapşırığı ilə Milli Məclisdə Qərbi Azərbaycanla bağlı “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda növbəti dinləmə keçirildi. Qərbi Azərbaycan İcması adından Qərbi Azərbaycanda soyqırımına məruz qalmış tarixi-mədəni irsimizə dair belə bir vacib dinləmənin keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin rəhbərliyinə, çox hörmətli sədr Sahibə xanım Qafarovaya və tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva başda olmaqla komitənin bütün üzvlərinə öz dərin təşəkkürümü bildirirəm”.

Deputat, Qərbi Azərbaycan İcmadının sədri Əziz Ələkbərli bu sözləri parlamentin iclasında söyləyib.

Deputat bildirib ki, tədbirdə Milli Məclisin deputatları, komtə sədrləri, Qərbi Azərbaycan İcmasının struktur rəhbərləri, dövlət qurumlarının rəsmiləri, yaradıcılıq və media təşkilatlarının rəhbərləri, görkəmli ziyalılar iştirak edirdilər: “Çoxlu sayda çıxışlar oldu, təkliflər səsləndirildi. Çıxışlarda tarixi torpaqlarımızda əcdadlarımızın minillər boyu yaratdığı mədəni irsimizə sahib çıxmaq əzmi və iradəsi açıq-aşkar özünü göstərdi. Bu da normaldır, çünki Qərbi Azərbaycanda soyqırımına məruz qalan tarixi-mədəni irs bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 60 milyonluq Azərbaycan xalqının hər bir nümayəndəsinin mədəni irsidir və o irsin dirçəldilməsi hər birimizin borcudur. Heç şübhəsiz, bütün bunlar Qərbi Azərbaycan İcmasının bundan sonrakı fəaliyyətində mütləq nəzərə alınacaq”.

Ə.Ələkbərlinin sözlərinə görə, dünənki tədbir bir daha sübut elədi ki, 24 dekabr 2022-ci il tarixdə cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi və buradakı möhtəşəm çıxışı zamanı verdiyi tapşırıq əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir və bu siyasi-ideoloji xəttin alternativi yoxdur: “Bu, ilk növbədə tarixi ədalətin bərpası, ata-baba yurdlarından qovulmuş qaçqın soydaşlarımızın öz doğma ocaqlarına qayıdıb yaşamaq kimi təməl hüquqlarının təmin edilməsi məsələsidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR