İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətbuat Şurasında Əhməd Obalı ilə görüş keçirilib - Fotolar

Dekabrın 5-də  Azərbaycan Mətbuat Şurasında "Günaz TV" rəhbəri Əhməd Obalı ilə görüş keçirilib.

Musavat.com bildirir ki, tədbirdə İranda son üç ayda baş verən proseslər, orada yaşayan soydaşlarımızın həmin proseslərdə iştirakı, habelə İran İslam Respublikasının ölkəmizə münasibəti ilə bağlı müxtəlif məsələlər müzakirə edilib, bu xüsusda Azərbaycan mediasının diqqət etməli olduğu məqamlara nəzər salınıb.

"Günaz TV" rəhbəri Əhməd Obalı çıxışında işğaldan azad edilmiş ərazilərə, Xudafərin körpüsünə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Həmin ərazilərdə Azərbaycan, ümumilikdə türk mirasına qarşı erməni vandalizminin törədildiyini, torpaqlarımızın talan edilməsində İranın da yaxından iştirak etdiyini vurğulayıb.

Görüşdə həmçinin İranın müxtəlif kütləvi informasiya vasitələrində aparılan anti-Azərbaycan təbliğatından söz açılıb. Bu təbliğatın illərdir davam etdiyi, onun İran hakimiyyətin mövcud sahədəki direktivlərinə əsaslandığı önə çəkilib. Belə xoşagəlməz meyllərin son aylarda daha da artmasının Azərbaycan Respublikasının apardığı müstəqil siyasət, bölgədəki nüfuzu ilə bağlı olduğu, İranın buna qısqanclıqla yanaşdığı vurğulanıb.

Həmçinin tədbirdə İranın artan informasiya diversiyaları şəraitində Azərbaycan mediasının fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Əhməd Obalı müzakirə edilən mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR