İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsud Pezeşkianın istefası bu tarixdə müzakirə olunacaq

İranın yeni Prezidenti Məsud Pezeşkianın Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkilliyindən istefası iyulun 31-də parlamentin açıq iclasında müzakirə olunacaq.

Axar.az xəbər verir ki, bu barədə parlamentin idarə heyətinin üzvü Müctəba Yusifi bildirib.

O, Məsud Pezeşkianın prezident seçildiyi üçün parlamet üzvü kimi qalmasının ölkə konstitusiyasına zidd olduğunu deyib.

Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək, prezident seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR