İnsanlara hürriyət, millətlərə istiqlal!

Messinin atası "İnter Mayami"nin sahibi ilə görüşəcək

PSJ-nin hücumçusu Lionel Messi karyerasını Amerika MLS Liqasında davam etdirmək variantını ciddi şəkildə düşünür.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio öz saytında məlumat yayıb. Argentinalı futbolçunun atası tezliklə "İnter Mayami"nin sahibi ilə görüşəcək.

Amerika klubunun son bir neçə aydır Messi ilə əlaqə saxladığı, lakin tərəflərin hələlik ilkin razılığa gəlmədiyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl mətbuatda PSJ-nin Messi ilə müqaviləni uzatmayacağı xəbərləri yayılıb. Ona ciddi maraq Səudiyyə Ərəbistanındandır. Hökumət Lionelə futbol tarixindəki ən böyük müqaviləni təklif etməyə hazırdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR