Onlayn ictimai-siyasi qəzet
Lionel Messi PSJ-nin Troyes (7 may) və Ajaccio (13 may) ilə növbəti iki oyununu buraxacaq.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Paris Saint-Germain klubu Lionel Messini klubun icazəsi olmadan Səudiyyə Ərəbistanına getdiyi üçün iki həftəlik məşqlərdən kənarlaşdırıb.
Argentinalı “Lorient”lə oyundan (1:3) sonra Səudiyyə Ərəbistanına yollanıb.
Qeyd olunur ki, klub rəhbərliyi futbolçunun heç bir xəbərdarlıq etmədən işə çıxmamasından sonra bu klassik intizam proseduruna başlayıb. Lakin o, göstərilən müddət üçün maaş almayacaq.
Beləliklə, argentinalı PSJ-nin "Troyes" (7 may) və "Ajaccio" ilə (13 may) qarşıdakı iki oyununu buraxacaq.
Bundan əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun Messiyə illik 400 milyon avroluq rekord maaş təklif etməyə hazır olduğu bildirilirdi. Hücumçunun PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ