İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi penta-trik edərək, Puşkaşı keçib


Argentina milli komandasının futbolçusu Lionel Messi Estoniya ilə yoldaşlıq görüşündə 5 top vurub.

"Report"un məlumatına görə, 35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb.

Beləliklə, milli komandaların ən yaxşı bombardirləri siyahısında o, 4-cü yerə yüksəlib və Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı geridə qoyub.

İlk 3-lükdə Portuqaliya yığmasında qol sayını 117-yə çatdıran Kriştianu Ronaldu, 109 qolla İran millisinin əslən azərbaycanlı hücumçusu Əli Daei və 89 qola malik Malayziyadan olan forvard Moxtar Dahari yer alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR