İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi Bakıya GƏLƏCƏK

Mesut Özilin ardınca dünya ulduzu Lionel Messi də Bakıya gələ bilər.

Bu barədə News24.az-a ABŞ-da yaşayan azərbaycanlı Yura Davidov bildirib.

Onun sözlərinə görə, hazırda dünyaca məşhur şirkətlərdən biri möhtəşəm reklam çarxı çəkmək istəyir. Bu işə tanınmış futbolçu və müğənnilərin cəlb edilməsi gözlənilir:

“Hazırda reklam hazırlıqlarına başlanması üçün fikr mübadiləsi aparılır.

Reklamda əsasən ABŞ-da çıxış etmiş futbolçulardan bir neçəsinin çəkilməsi ehtimal olunur. Onlar Lionel Messi, Zlatan İbrahimoviç, Stiven Cerrard, Bastian Şvaynştayger kimi dünya ulduzlarıdır. Çox güman ki, bu futbolçuların arasından seçim ediləcək. Reklam çarxının özəl tərəfi isə qədim şəhərlərdə çəkilməsi olacaq.

Eyni zamanda şəhərlər arasında da seçim ediləcək. Siyahıda bu ölkələrin şəhərləri var ki, qədim İordaniya, Mərakeş, Yunanıstan, Misir, Türkiyə şəhərləridir. Hətta aralarında Azərbaycanın paytaxtı Bakının da adı keçib.

Reklam çarxına start verilsə, seçimlər arasında Bakı şəhəri olarsa gələn ilin ikinci yarısında Bakıda Lionel Messini görə bilərik”, - deyə o qeyd edib.

Qeyd edək ki, sifarişçi məşhur avtomobil şirkətlərindən biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR