İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiktoker Renka SAXLANILDI

Azərbaycanda bloqer saxlanılıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, bloqer Rəna Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.

Buna səbəb onun canlı yayım zamanı özünün azyaşlı oğlunu alçaltması olub. Belə ki, o, "Nə edirəm oğulu? Mənə oğul lazımdır?" - deyə fikirlər səsləndirib. Bu da izləyicilər tərəfindən xoş qarşılanmayıb.

Rəna Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR