İnsanlara hürriyət, millətlərə istiqlal!

AXIR Kİ… Zelenski QƏLƏBƏ PLANINI açıqladı, Kreml və NATO-dan TƏCİLİ reaksiyalar - CANLI

Oktyabrın 16-da Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin Qələbə Planını təqdim edib.

Musavat.com bildirir ki, planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur. İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib. Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. 4-cü bənddə isə yalnız müəyyən tərəfdaşlara ötürülən gizli təklif var. Ukrayna təbii ehtiyatlara, o cümlədən trilyonlarla dollar dəyərində kritik metallara ev sahibliyi edir. Bunlar, xüsusilə, uran, titan, litium, qrafit - ya Rusiya və müttəfiqlərini, ya da Ukrayna və demokratik dünyanı qlobal rəqabətdə gücləndirəcək strateji qiymətli resurslardır.

Bu, Rusiyaya qarşı mövcud iqtisadi təzyiq sistemini, yəni Rusiyaya qarşı bütün mövcud sanksiyaları, neftin qiymətinə məhdudiyyətləri, ölkəyə ixraca məhdudiyyətləri və digər təzyiq tədbirlərini tamamlayacaq və gücləndirəcək. Beşinci bənd təhlükəsizliklə bağlıdır. Müharibədən sonrakı dövr üçün nəzərdə tutulan beşinci bənd, tərəfdaşlar razılaşarsa, Avropada yerləşən ABŞ qüvvələrinin müəyyən kontingentini Ukrayna silahlı qüvvələrinin əsgərləri ilə əvəz etməyi təklif edir. Bu Ukrayna təcrübəsindən bütün Alyansın müdafiəsini gücləndirmək və Avropanın təhlükəsizliyini təmin etmək üçün istifadə edilməlidir. “Biz hazırda Rusiya ilə yanaşı İran və Şimali Koreyaya qarşı da vuruşuruq”. Zelenski Ali Radada Qələbə Planını təqdim edərkən deyib. O əlavə edib ki, ölkənin əsas düşməni Rusiyadır: “Ukraynanın daxilində düşmən yoxdur”.

Eyni gündə Kreml Qələbə planına münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kiyev rejiminin başçısı Vladimir Zelenski, görünür, öz sülh planını ABŞ-nin son ukraynalıya qədər döyüşməklə bağlı diktə etdiyi siyasətin davamı kimi təqdim edir. “Artıq neçə həftədir ki, bir növ müvəqqəti sülh planı haqqında danışılır... Çox güman ki, bu, Zelenskinin indi kamuflyaj edib “sülh” adlandırdığı, amerikalıların sonuncu ukraynalıya qədər bizimlə döyüşmək planı ilə eynidir. Görünür, bu belədir. Orada hansısa başqa plan yoxdur”, - deyə Kremlin sözçüsü vurğulayıb.

“NATO bizə hücum etməyə çalışacaq hər bir düşmənlə qarşılaşmağa hazırdır”. Oktyabrın 16-da alyansın yeni baş katibi Mark Rutte Rusiyanın 2030-cu ilə qədər NATO-ya hücum ehtimalı ilə bağlı danışarkən deyib. O, Rusiya lideri Vladimir Putinin Ukraynada istədiyi nəticəni almasına imkan verməyəcəklərini bəyan edib.

“Rusiya şərqdə irəliləməyə davam edir, lakin bu, onlara çox baha başa gəlir. Qışa doğru getdiyimiz bir vaxtda Ukraynanın kritik enerji infrastrukturuna davamlı hücumlar olunur. Ona görə də Vaşinqton Sammitində üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməliyik. Alman kəşfiyyat rəsmilərinin Rusiyanın 2030-cu ilə qədər NATO-ya hücum edə biləcəyi xəbərdarlığına gəlincə, mən bu mövzuda aydın danışacam. NATO indi, həm də bizə hücum etməyə çalışacaq hər bir düşmənlə, hər rəqiblə qarşılaşmağa hazırdır. Putin Ukraynada istədiyini ala bilməyəcək. NATO ərazisinin hər qarışı üçün həm indi, həm də gələcəkdə nə lazımdırsa edəcəyik”,- Rutte bildirib. NATO-nun Ukraynadakı strategiyası ilə bağlı suala isə o, belə cavab verib: “Ukraynaya böyük hərbi yardım göstərəcəyik. Bu o deməkdir ki, biz Ukraynanı müqavimət göstərə biləcəyimiz mövqeyə keçirəcəyik. Bu məsələ üzərində çox işləyirik. Əgər bir gün Zelenski və komandası Rusiya ilə bunu necə bitirmək barədə müzakirə etmək qərarına gəlsələr, bunu güc mövqeyindən edəcəklər ki, bu danışıqlarda üstün tərəf olsunlar”.

“RBC-Ukrayna” isə Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb ki, 10 min Şimali Koreya hərbçisi hazırda Rusiyanın Uzaq Şərqində təlim keçir. Xəbərdə qeyd edilir ki, KXDR hərbçilərinin Ukrayna yaxınlığındakı sərhəd rayonlarına köçürülməsi planlaşdırılır. Bildirilir ki, Rusiya tərəfi koreyalı əsgərlərin hesabına rus qoşunlarının rotasiyasını həyata keçirmək və sərhəddəki qüvvələrini azad edərək, Ukraynaya göndərmək istəyir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayevdir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR