İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

14-15 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İran İslam Respublikasına işgüzar səfəri həyata keçirildi.

Bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bildirib.

“Baş nazirin müavini İran İslam Respublikasının Prezidenti tərəfindən qəbul olundu, İranın xarici işlər, yol və şəhərsalma, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə uğurlu və səmərəli görüşləri baş tutdu.

Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirildi. Keçirilən qəbul və görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması vurğulandı, iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın növbəti iclasının tezliklə yaxın aylarda Tehranda keçirilməsi qərara alındı”, - diplomat vurğulayıb.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR