İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın Aİ-dən ayrılması London maliyyə mərkəzinə 40 min iş yeri itkisinə başa gəlib

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması Londonun maliyyə mərkəzi olan “The City of London”da 40 min iş yeri itkisinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “The City of London”un meri Maykl Maynelli “Reuters” agentliyinə müsahibəsində deyib.

O, bildirib ki, Dublin “Brexit”dən ən çox faydalanan şəhər olub və bu şəhər 10 min şəxs üçün yeni iş yeri cəlb edib.

“Londondakı şirkətlərin bir hissəsi isə Milan, Paris və Amsterdam kimi şəhərlərə köçüb. “Brexit” London üçün fəlakət olub. 2016-cı ildə burada təxminən 525 min işçi var idi. Təxminimə görə, biz bunun 40 minə yaxınını itirmişik”, - deyə Maykl Maynelli vurğulayıb.

“The City of London” təxminən 2,9 kvadrat kilometr ərazini əhatə edir və dünyanın aparıcı maliyyə mərkəzlərindən biridir. Burada “Bank of England”, London Fond Birjası, eləcə də bir sıra beynəlxalq banklar, sığorta şirkətləri və maliyyə xidmətləri firmaları yerləşir.

 Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR