İnsanlara hürriyət, millətlərə istiqlal!

Dönərdən daha bir kütləvi zəhərlənmə - 18 nəfər xəstəxanalıq oldu

Tovuz rayonunda 18 nəfərin qidadan zəhərlənməsi ehtimal edilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, oktyabrın 15-də Tovuzdakı bir iaşə obyektindən alınan dönərdən zəhərlənmə şübhəsi ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib.

Araşdırmalar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə birgə aparılır, həmin obyektin qidalarından nümunələr götürülüb və müvafiq ekspertizalar həyata keçirilir. Eyni zamanda, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, oktyabrın 14-15-də 21 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Onlara tibbi xidmət göstərilib, hazırda 7 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir. Digər şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Rəsmi açıqlamalara hələlik zərərçəkənlərdən və iaşə obyektinin təmsilçilərindən münasibət almaq mümkün olmayıb.

***

Tovuz rayonunda kütləvi zəhərlənmə olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslər bunlardır:

Qovlar şəhər sakinləri

2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova;

1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov;

1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov;

2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov;

2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva;

1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva.

İbrahimhacılı kənd sakinləri

1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev;

2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov;

2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov;

1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova;

1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov.

Köhnəqala kənd sakinləri

2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli;

2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev;

2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev.

Alakol kənd sakini

1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva;

Əyyublu kənd sakini

1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov;

Gəncə şəhər sakinləri

2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova;

2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova.

Qeyd edək ki, beş gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR