İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türk yazar: “Şuşada şükür namazı qıldım” - FOTOLAR

Bu günlərdə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri təşkil edildi. Şairin doğma şəhəri Qazaxdan start verilən poeziya günləri daha sonra Şuşada təşkil edildi. Heydər Əliyev Fondunun dəvəti ilə bir sıra türk ölkələrindən də qonaq dəvət edilmişdi. Dəvətlilər sırasında olan Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklıdan görüş barədə təəssüratlarını öyrəndik.

“Vaqif Poeziya Günlərində Türkiyədən təmsilçi olaraq dəvət edildim. Əvvəlcə Bakıya gəldik, daha sonra isə Şuşaya yollandıq. Xeyli dəyərli dostlarla yenidən görüşmək, bir araya gəlmək şansım oldu. Şuşada möhtəşəm günlər keçirdik. Bundan əlavə, bir çox yerləri görmək, eləcə də bir neçə şeir gecəsində iştirak etmək şansımız oldu. Olduqca məhsuldar görüş oldu.

Şuşa işğaldan azad edildiyi zaman İstanbulda şükür namazı qılmışdım. Hətta niyyət etmişdim ki, şükür namazını Şuşada da qılmaq mənə nəsib olsun. Xoşbəxtəm ki, niyyətim qəbul oldu. Arzu edirəm ki, işğal altında olan digər şəhərlərdə də şükür namazını qılmaq nəsib olsun”, - S.Kabaklı bildirdi.

Qeyd edək ki, Serhat Kabaklı türk xalq musiqisi sənətçisi, “Bil oğlum” mahnısı ilə tanınan Esat Kabaklının əmisi oğludur.

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR