İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türk reper Murda həbs olunur

Türkiyənin məhur müğənnisi, Murda ləqəbli reper Öner Doğana həbs cəzası verilib.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, "Duman", "Eh Baba" və "Bahalı" mahnılarında narkotik maddələrdən istifadəyə təşviq etdiyi iddia edilən 37 yaşlı reper ilə bağlı məhkəmə qərar çıxarıb.

O, bəzi mahnılarında narkotikdən istifadəyə təşviq etməkdə ittiham olunduğu iş üzrə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

"Mənim "Duman" adlı iki mahnım var. Türkiyədə oxuduğum "Duman" mahnım ittihamın olduğu mahnı deyil. Mən Hollandiyada böyümüşəm. Mən o yerin mədəniyyəti ilə böyümüşəm. Bu maddələr orada sərbəst istifadə olunur. Ona görə də burada belə olduğunu düşünmürdüm." deyə o açıqlamasında bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR