İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur şirkətin CEO-su saxlanıldı

Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"in İcraçı Direktoru (CEO) Cem Köksal şirkətin digər yüksək səviyyəli idarəçisinə işçilərə göndərdiyi Ramazan mesajına görə xəbərdarlıq etdiyinə görə barəsində açılan istintaq çərçivəsində saxlanılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul Prokurorluğu Köksal haqqında "inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq" cinayəti ilə istintaq başladıb.

İstintaq çərçivəsində İstanbul Təhlükəsizlik Müdirliyi Köksalı nəzarətə götürüb.

Qeyd edək ki, "Zorlu Holdinq"in CEO-su Cem Köksal və holdinqə bağlı olan "Vestel"in baş direktoru Ergün Güler ​​Ramazan təbriki "mail"nə görə üz-üzə gəlib. Köksal şirkətin Şəkər və Qurban bayramlarını qeyd etdiyini və holdinqin 70 illik tarixində heç bir "Ramazan bayramı"nın qeyd olunmadığını bildirib.

Köksal, "Şirkət olaraq dindən asılı deyilik. Çoxmillətli bir şirkət olmağa çalışarkən, hər dindən və millətdən işçimiz olmasını gözləyirik", - demişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR