İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur musiqiçinin vəziyyəti ağırdır

Türk musiqisinin unudulmaz simalarından biri olan İlhan Şeşenin səhhəti pisləşib. 76 yaşlı sənətçi uzun müddətdir ağciyər xərçəngi ilə mübarizə aparır.

Türkiyə mediasında yayılan məlumatlara görə, Şeşenin vəziyyəti kritik həddə çatıb. Onun xəstəxana və ev arasında müalicə aldığı, lakin həkimlərin müalicə prosesinin artıq təsirini itirdiyini bildirdiyi qeyd olunur.

Xatırladaq ki, İlhan Şeşen 2024-cü ilin dekabr ayında xərçəng diaqnozu qoyulduğunu açıqlamış və müalicəyə başlamışdı. "Sarılınca Sana", "Ellerimde Çiçekler", "Neler Oluyor Bize" və "Sarı Laleler" kimi mahnıları ilə tanınan sənətçi, musiqi dünyasında dərin iz buraxıb. (baku.ws)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR