Onlayn ictimai-siyasi qəzet
Türkiyədə sahibsiz itlərlə bağlı müzakirələr davam edərkən məşhur müğənni Demet Akalın açıqlaması ilə gündəm olub
Sosial media hesabında paylaşım edən Demet Akalın əmisi qızının bir müddət əvvəl itlərin hücumu nəticəsində öldüyünü bildirib.
Bir müddət əvvəl iki uşaq anası olan əmisi qızının səhər gəzintisinə çıxarkən itlərin hücumu nəticəsində öldüyünü açıqlayan Demet Akalın "2 uşaq anasız qaldı" paylaşımını edib.
İtlərin hücumu nəticəsində yaralanan Tunahanın videosunu sitat gətirən Demet Akalının paylaşımına 400-dən çox şərh gəlib.
Qeyd edək ki, Türkiyədə sahibsiz itlərlə bağlı heyvansevərlərin mübarizəsi davam edir. Bu mövzu ilə əlaqədər Türkiyə Böyük Millət Məclisində yeni qanunla bağlı müzakirələr gedir./publika.az
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ