İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni fırıldaqçıların hədəfinə gəlib

Rusiyada məşhur müğənni Larisa Dolina fırıldaqçıların qurbanı olub.

Musavat.com xəbər verir ki, sənətçinin prodüsseri Sergey Pudovkin “Komsomolskaya Pravda”ya bildirib ki, pis niyyətli dələduzlar kredit götürmək üçün onun Moskva vilayətindəki bağçasını girov qoymağa cəhd ediblər.

Bundan əvvəl mediada Dolinanın Protasovkadakı evini girov qoyaraq illik 30 faizlə 50 milyon rubl borc almağa çalışdığı barədə məlumatlar yayılıb. Bildirilirdi ki, müğənniyə yubiley turu təşkil etmək üçün vəsait lazım olub. Dolinanın köməkçisinin sözlərinə görə, bu, fırıldaqçılar tərəfindən hazırlanmış, çoxmərhələli hücum idi.

“Son bir neçə gün ərzində Larisa Aleksandrovna mikromaliyyə təşkilatlarından kreditlərin verilməsi üçün müraciətlər alıb. Təbii ki, rəsmi olaraq belə sorğu olmamışdı və müraciət üçün əsas yox idi. Bunlar maliyyə resurslarına çıxış əldə etmək üçün məşhur addan istifadə edən fırıldaqçılardır”, - Pudovkin bildirib.

O əlavə edib ki, vəkil və Dolina artıq məlumatlandırılıb. Müğənni polisə müraciət etməyi planlaşdırır.

Bir müddət əvvəl rusiyalılara yeni fırıldaqçılıq sxemi barədə xəbərdarlıq edilmişdi. Bu sxemə əsasən, insanlara guya notarius köməkçiləri tərəfindən zəng edilir və onlara gözlənilmədən miras qaldığı barədə məlumat verilir. Fırıldaqçılar mirasın “varis”ə çatmasını təmin etmək, sənədləşdirmək üçün pul istəyirlər. Sonra məlum olur ki, ortalıqda heç bir miras-filan yoxdur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR