Onlayn ictimai-siyasi qəzet
Məşhur model və aparıcı Çağla Şıkelin paylaşdığı səhər yeməyi sosial şəbəkədə gündəm olub.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, kaju, qoz və ekzotik meyvələrlə hazırlanmış minimal porsiyalı boşqab izləyiciləri iki yerə bölüb.
Bir qrup bunun pəhriz yönümlü qidalanma tərzini əks etdirdiyini söyləyərək Şikeli dəstəkləyib. Digər qrup isə porsiyaların az olduğunu, doyumluluq baxımından səhər yeməyinə uyğun gəlmədiyini vurğulayaraq tənqid edib.
Bəziləri “fit qalmağın sirri bu boşqabda” desə də, digərləri “bu da yeməkdirmi?” kimi ironiya ilə yanaşıb.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ