Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur müğənni Kənan Doğulunun musiqiçi qardaşı Ozan Doğulunun sevgilisi olan Hera Aslan sosial media hesabında etdiyi paylaşım ilə pərəstişkarlarını məyus edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözəl aparıcı və müğənni qismən üz iflici keçirdiyini və müalicəsinin davam etdiyini bildirib.
Hera Aslan paylaşımında bu sözləri yazıb:
"Keçmiş olsun" mesajlarınız məni çox motivasiya verdi. Bu barədə açıqlama verməyi borc bildim. Üzümün sağ tərəfində hissizlik və göz qapağında sallanma başladı. Hardasa 2 ay öncə baş ağrısı və ürəkbulanma ilə başlayan şikayətlərimə üzümün sağ tərəfində hissizlik və bir gözümün sallanması əlavə olundu. Qismən üz iflici keçirdim".
Hera Aslan həkimlərin beyin damarlarında sızıntı və ya zədələnmə ehtimalını qeyd etdiyini bildirib. Kortizon müalicəsi nəticəsində müəyyən qədər yaxşılaşdığını, lakin əlavə olaraq bağırsaq və mədə problemləri ilə də mübarizə apardığını deyib.
"Minnətdaram, artıq bir az daha yaxşıyam. 10 gün sonra yeni analiz nəticələrim çıxacaq. İnşallah sağlam günlərimə qayıdacağam. Dualarınızı hiss edirəm. Sizi çox sevirəm".
Qeyd edək ki, əsl adı Kübra Hera Aslan olan məşhur sima televiziya kanallarında aparıcılıq edib. O, Malatya əsillidir və İstanbul Universitetinin Biznes İdarəçiliyi fakültəsini bitirib. 2009-cu ildə keçirilən "Miss Beauty of Turkey" gözəllik müsabiqəsində ikinci yerə layiq görülüb.
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ