İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyorla xanımının olduğu təyyarəni ildırım vurdu

Hollivud ulduzu Metyu Makkonaxi və həyat yoldaşı Kamila Alvesin də olduğu təyyarəni ildırım vurub.

Musavat.com Axşam.az-a istinadən verir ki, bu barədə aktyor sosial media hesabında yazıb. İlkin məlumata görə, uçuş vasitəsinə Tennessi səmasında olarkən ildırım düşüb. Bu səbəbdən təyyarə Vaşinqtonun Dalles hava limanına enməli olub.

Hadisə nəticəsində təhlükəsizlik kəməri taxmadığı üçün xəsarət alan 7 nəfər xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Metyu və Kamilanın üç övladı var.

256979_jlboyzih5h.png (83 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR