Onlayn ictimai-siyasi qəzet
Ukraynalı teatr və kino aktyoru Yakov Tkaçenko müharibədə həlak olub.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, onun ölümünü aktrisa İrma Vitovskaya-Vantsa xəbər verib.
Qeyd edək ki, aktyor "Dovbush", "Çervoniy", "Prıputnı", "Çina pravdi", "Bezslavni kripakı" filmləri və "Perevizinitsa" serialı ilə tanınır.
Məlumata görə, Tkaçenko 2022-ci ilin mart ayında Ukrayna Silahlı Qüvvələrinin 128-ci ərazi müdafiəsi briqadasına qoşulub. O, 2023-cü ildə ordudan tərxis edilib, amma sonra 3-cü ayrıca hücum briqadası ilə cəbhəyə qayıdıb. Aktyor Donetsk istiqamətində iki dəfə yaralanıb.
Musavat.com
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ