İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor köpək balığının hücumu nəticəsində həlak olub

“Karib dənizinin quldurları” filminin aktyoru Tamayo Perri Havayda sörfinqlə məşğul olarkən köpək balığının hücumuna məruz qalıb. 49 yaşlı Perri dünyasını dəyişib.

Conni Deppin baş rolda çəkildiyi “Karib dənizinin quldurları” serialının dördüncü filmindəki rolu ilə məşhurlaşan Tamayo Perrinin dünən günortadan sonra öldüyü elan edilib. Hadisənin baş verdiyi Malaekahana çimərliyinə təcili yardım çağırılıb. Özü də xilasedici olan Perri sahilə gətirildikdən sonra tibb işçiləri tərəfindən öldüyü müəyyən edilib.

Perro "Karib dənizinin quldurları" filmindən əlavə bir sıra filmlərdə və Coca-Cola-nın reklamında rol alıb.

Oahunun şərq tərəfində anadan olan Perri on ildən artıq peşəkar sörfinqlə məşğul olub.

Honolulu okean təhlükəsizliyi idarəsinin rəisi vəzifəsini icra edən Kurt Lager deyib ki, Perri hər kəs tərəfindən sevilən xilasedici olub: "Tamayonun şəxsiyyəti sirayətedici, insanlar onu nə qədər çox sevsələr, o da hamını daha çox sevirdi".

Bələdiyyə sədri Rik Blangiardi də Perrinin ölümünü “faciəli itki” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR