İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor ad gününü keçmiş və indiki arvadı ilə birgə keçirdi

Dünyaca məşhur aktyor Bryus Uillis 68 yaşını keçmiş və indiki həyat yoldaşı, eləcə də 5 qızının əhatəsində qeyd edib.

Cebhe.info xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

Aktyorun keçmiş həyat yoldaşı Demi Mur instaqramda ad günündən fotolar yerləşdirib. Bu ilin əvvəlində demensiya diaqnozu qoyulan Uillis sevimli qızlarının əhatəsində olub. Aktyor, arvadı Emma Heminq Uillis, keçmiş həyat yoldaşı Demi və 5 qızı Los-Ancelosdə açıq havada foto çəkdiriblər. Paylaşımların birində Demi Mur video yayımlayıb. Bildirib ki, ailəsi Bryusu ad günü münasibəti ilə təbrik edib və ona almalı piroq hədiyyə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR