İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşələrimizi kim(lər) yandırır - ekspertdən sensasion iddia

Ekspert: “Bəzi yanğın meşələri tamamilə məhv etdikdən bir müddətdən sonra həmin ərazilərdə istirahət mərkəzləri tikilir”

Son illərdə dünyada meşə yanğınları artıb. Planetin ağciyərləri sayılan Amazon, Sibir, Kaliforniya, Afrika meşələrinin, həmçinin Avstraliya, Türkiyə, Yunanıstan və sair ölkə meşələrinin çox böyük sahələrdə yanması planetimizin ekologiyasına sarsıdıcı zərbə vurub. Sonuncu dəfə isə Havay adaları yandırıldı. İnternetdə yayılan müşahidə kameralarının çəkilişlərində səmadan işıq şüasının yerə doğru yönəldiyi və yanğınların başladığı aydın görünür. Əvvəlki yanğınların da qəsdən törədildiyi haqda çoxsaylı faktlar aşkar olunmuşdu.

Azərbaycanda da son illərdə meşə yanğınlarının sayı artıb. Meşələrimizdə başlayan yanğınlar nəticəsində böyük ölçüdə ağaclar və otluq sahəsi yanaraq məhv olub.  Əlbəttə, bunların bəzilərinin qəsdən törədildiyi faktdır. Lakin digər bölgələrdə də baş verən çoxsaylı yanğınlar bir çox hallarda şübhələrə səbəb olur. Bunların hamısını istilərlə, quraqlıqla əlaqələndirmək mümkün deyil. Bundan da isti və quraq illər olub, amma belə çoxsaylı yanğınlar baş verməyib. Belə çıxır ki, dünyada olduğu kimi, bizdə də bu yanğınların çoxu hansısa qüvvə tərəfindən qəsdən törədilir. Lakin bunu araşdırıb sübut etmək çox çətindir (mənbə:"Səs"qəzeti). Artıq dünya ictimaiyyətində belə fikir formalaşıb ki, dünya meşələrini qlobal qüvvələr yandırırlar. Bir çox ölkədə meşələri yandırırlar, sonra yerində palma plantasiyaları yaradılır. Qlobal palma yağı istehsalının astromonik artımına baxanda aydın olur. Bundan başqa, ağaclar 5G və elektromaqnit dalğaların udulmasına səbəb olduğu üçün özünü Vahid Dünya Hökuməti adlandıran qlobalistlərə sərf edir. Bu yanğınların qarşısının tam alınması mümkün deyil. Lakin biz heç olmasa bir çoxunun qarşısını ala bilərik. Bunun üçün meşə zolaqlarında, girişlərdə nəzarətçilərin sayını artırmaq lazımdır. Kameraların sayı çoxaldılmalıdır.

Onsuz da Azərbaycanın meşə fondu 10 faizdir, yəni azdır. Səhra ölkələri istisna olmaqla, biz dünyada ən az meşə fonduna sahib ölkələrdən biriyik. Ona görə də mövcud meşələri qorumaq və yeni meşə sahələri yaratmaq lazımdır. Onlar dünyanın hər yerinə bu dalğaları ötürə bilmirlər.

ZİYANLI NAĞILLARIMIZ - Qorxmaz İbrahimli yazır

Qorxmaz İbrahimli

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat”a bildirdi ki, meşə yanğınları əsasən qəsdən və məsuliyyətsizlikdən törədilir. Ekspert hesab edir ki, bəzi hallarda yanğın təsadüfən baş versə də, bu da məsuliyyətsizlikdir. Q.İbrahimli yanğına səbəb olan digər amillərdən də danışdı: “Xüsusilə yaz-yay aylarında intensiv yağışlar dövründə ildırım nəticəsində də yanğın baş verə bilər. Qəsdən yanğınlar düşmənçilik məqsədilə təxribatçılar vasitəsilə törədilə bilər. Türkiyədə kütləvi meşə yanğınlarının terrorçular vasitəsilə törədildiyi bəlli olmuşdu. Məqsəd Türkiyənin  büdcəsinə turistik bölgələrdən gələn gəliri azaltmaqla zərər vurmaq idi. Yaxın vaxtlarda Havay adalarında dəhşətli yanğın baş verdi. İspaniyada və Türkiyədəki yanğınlar isti hava səbəbilə başladı. Bu, günəş şüasının optik şüşəyə əks olunması ilə baş verir.  Ümumiyyətlə, yanğınların əksəriyyəti qəsdən törədilir. Məlumdur ki, Azərbaycanda Mərəzə, Şamaxıda qoruyucu meşə zolaqları yandırılıb. Taxıl biçildikdən sonra şumdan öncə sahələr yandırılırdı. Fermerlər hesab edirdi ki, həşəratlar öləcək və yaxud torpağa gübrə düşəcək. Küləkli havada alov ətraf ərazilərə, meşəyə yayılır. Bu, bioloji müxtəlifliyə mənfi təsir edir. Bütün ölkələrdə qəsdən yanğın törətməklə bağlı Cinayət Məcəlləsində xüsusi bəndlər var.  Bəzi yanğın meşələri tamamilə məhv etdikdən bir müddətdən sonra həmin ərazilərdə istirahət mərkəzləri tikilir. Ətraf mühitə münasibətin kökündə ibtidai təhsil dayanır. Hesab edirəm ki, 3 yaşdan başlayaraq uşaqlara təbiətə doğru münasibət aşılanmalıdır”.

Ekspert düşünür ki, cəza mexanizmindən daha çox, mədəniyyət və nəzakət mexanizmi işlək olmalıdır: “Şəhərlərdə gecə ilə ağaclar kəsilir. Çox zaman meşələri yandıranları tapa bilmirlər, halbuki tapa bilərlər. Hər kəs ətraf mühiti qorumağı bacarmalı,  lazım gəldikdə ictimai qınaq olmalıdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR