İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşədə azan kişilər xilas edilib - Onlar 7 gün giləmeyvə yeyiblər

Krasnoyarskın iki sakini göbələk və giləmeyvə yığmaq üçün getdikləri meşədə azıblar və bir həftə ərzində meşədə giləmeyvə yeyiblər.

Musavat.com xəbər verir ki, bu barədə “Baza” TG kanalı məlumat yayıb.

Bildirilir ki, sentyabrın 7-də kişilər göbələk və giləmeyvə yığmaq üçün maşınla Velmo kəndi ərazisinə gediblər. Lakin onlar daha sonra meşənin dərinliyinə dalıblar, cığırı itiriblər və maşının yanına yetişə bilməyiblər.

Onlar bir neçə gün yalnız giləmeyvə yeyərək sağ qalıblar. Soyuq gecələrdə onlar itə qısılmaqla soyuqdan qorunublar. Daha sonra onların bəxti gətirib – içində balta və qatılaşdırılmış süd qutusu olan tərk edilmiş bir çadır tapıblar.

Kişilərin yaxınları hüquq-mühafizə orqanlarına onların itkin düşdüyünü bildirib. Axtarış qrupu əvvəlcə kişilərin avtomobilini, sonra isə onların özünü maşından 15 km aralıda tapıblar. Heç demə, onlar oriyentirlərini itirdiklərindən hər gün avtomobildən daha da uzqlaşırmışlar.

Meşədə olarkən itkin düşənlərdən biri uşaq dünyaya gətirib. Ailəsi ilə əlaqə saxlaması üçün ona peyk telefonu verilib.

Bundan əvvəl KİV-lər Kama rayonunda itkin düşən təqaüdçünün çayı keçərək 50 km piyada getməsi barədə məlumat vermişdilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR