İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın sədri Elman Rüstəmov vəzifədən azad edildi

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi aprelin 11-də Azərbaycan prezidentinin Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının sədri vəzifəsindən azad edilməsi haqqında təqdimatını təsdiq edib və bu məsələni Milli Məclisin iclasında müzakirə etməyi tövsiyə edib.

Bu, o deməkdir ki, Rüstəmov 27 ildir tutduğu AMB-nin idarə heyətinin sədri vəzifəsini tərk edir.

Eyni zamanda, parlament komitəsi prezidentin Taleh Kazımovun AMB-nin idarə heyətinin üzvü təyin edilməsi haqqında təqdimatını dəstəkləyib. Çox güman ki, bu idarənin yeni sədri də Kazımov olacaq.

Hazırda Kazımov "PAŞA Bank" ASC-nin idarə heyətinin sədri və baş direktoru vəzifəsində işləyir.

Qanunvericiliyə əsasən, AMB sədrini ölkə prezidenti idarə heyəti üzvləri arasından təyin edir.//Turan İA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR