Onlayn ictimai-siyasi qəzet
"Əvvəllər geyimlər bahalı idi. Özümüz alırdıq. İndi geyinmirəm, yadigar qalsınlar".
Bu sözləri Xalq artisti Ofeliya Sənani Baku TV-yə açıqlamasında deyib.
O, qazancını geyimlərinə xərclədiyini bildirib:
"Aldığım qonorar, maaş paltarlara gedib. 3 dolabımın hamısı doludur. Mənim qədər qazanan yox idi. 5 min, kinostudiyaya dublyajlara gedəndə 10 min qazancım olurdu. Aylarla pullarım yığılırdı, gedib almağa da vaxtım olmurdu".
Ofeliya Sənani hazırda aparıcıların efir geyimlərini bəyənmədiyini vurğulayıb:
"İndiki aparıcılara baxan yoxdur. Aksentləri var. Geyimləri də verilişə uyğun deyil. Bir də görürsən açıq-saçıq efirə çıxırlar. Amma bizi elə efirə buraxmazdılar. Bu günə qədər üzümü qidalandırıcı krem vurmamışam. Vaxt etməmişəm, əl vurmağa da qorxuram. Eləcə pudra vurub efirə çıxırdım. Makiyajı özüm edirdim. Qrim edənlər yalnız bayram verilişlərində olurdu. Onu da mən istəmirdim. Çünki üzü elə dartırdılar ki, göz qıyılırdı".
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ