Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni prezidenti Donald Tramp ilk iş günündə ölkənin cənub sərhədində hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı sərəncam imzalamağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Sərəncam çərçivəsində ABŞ silahlı qüvvələri sərhəd mühafizəsinin gücləndirilməsi üçün göndəriləcək. Məlumata görə, Pentaqona hərbi resursların federal hüquq-mühafizə və kəşfiyyat orqanları ilə birgə fəaliyyətini təmin etmək tapşırılıb.
Telekanalın verdiyi məlumata görə, bu addımın əsas məqsədi sərhəd təhlükəsizliyini artırmaq və beynəlxalq cinayətkar qruplaşmalara qarşı mübarizəni gücləndirməkdir.
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ