Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya prezidenti Vladimir Putinlə Slovakiyaya təbii qaz nəqli perspektivlərini müzakirə etməyi gözləyir.
Musavat.com xəbər verir ki, bunu Ərdoğan Slovakiyanın baş naziri Robert Fitso ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, Fitso ilə Ukrayna üzərindən qaz nəqlinin dayanmasının Slovakiyaya yaratdığı problemi müzakirə ediblər: “Biz bu məsələni müzakirə etdik, "Türk axını" qaz kəmərimiz var. Gəlin bir addım ataq və bu mövzunu enerji nazirləri səviyyəsində müzakirə edək. Slovakiyanın təbii qaza olan ehtiyacını Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov və cənab Putinlə danışıqlar yolu ilə həll etməyi təklif etdim. Bu həftə telefonla danışaraq, bu məsələnin həllini müzakirə edəcəyimizə ümid edirəm”.
Musavat.com
21 Yanvar 2025
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ