İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Slovakiyanın Baş naziri Robert Fiço ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ankara Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsini bitirməklə bağlı təşəbbüslərini dəstəkləyir:

“Trampla müzakirələrimizdə bu məsələ barədə danışacağıq. Onun hakimiyyətinin ikinci dövrünün bütün dünya üçün xeyirli olmasını arzulayıram”.

Ərdoğan vurğulayıb ki, Türkiyə Ukraynadakı müharibənin bitməsi üçün öhdəsinə düşəni edir: “Biz müharibənin yox, sülhün tərəfdarıyıq. Nə varsa, sülhdə var. Müharibə ilə nəyəsə nail olmaq mümkün deyil”./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR