İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Bolqarıstana qaz ixracı bərpa olundu

Azərbaycandan Bolqarıstana qaz ixracı bərpa olunub.

Musavat.com xəbər verir ki, məlumatı Bolqarıstanın dövlət təbii qaz tədarükçüsü olan “Bulgargaz” şirkəti yayıb. Məlumatda qeyd olunur ki, texniki səbəblərə görə yanvar ayında müvəqqəti olaraq dayandırılan qaz nəqlini Azərbaycan bu gün bərpa edib.

Xəbər verdiyimiz kimi, “Bulgargaz” ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı. Şirkət tədarükün yanvarın 11-də bərpa olunacağını bildirsə də, yanvarın 10-da Britaniyanın BP şirkəti “Şahdəniz Alfa” platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulmuş boru kəmərində texniki nasazlıq barədə məlumat yayıb. Problem aradan qaldırılana qədər platformadan hasilatın dayandırıldığı açıqlanıb.

BP-Azərbaycan şirkəti yanvarın 18-i axşam kondensat boru kəməri ilə bağlı problem tam aradan qaldırıldıqdan sonra “Şahdəniz Alfa” platformasında hasilatı bərpa etdiyini açıqlayıb.

Qeyd edək ki, platformadan hasilatın dayandırılması Azərbaycan qazının Bolqarıstan və Serbiyaya nəqlinə təsir göstərmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR