İnsanlara hürriyət, millətlərə istiqlal!

Melaniya Tramp əsəbləşdi: Yalandır...

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Ağ Evin Harvard Universiteti ilə bağlı siyasəti ilə kiçik oğlu Berronun oraya daxil olmaq cəhdləri arasında əlaqənin olması ilə bağlı şayiələri təkzib edib.

Musavat.com xəbər verir ki, birinci ledinin ofisindən verilən açıqlamanı The New York Post yayıb.

Açıqlamada qeyd olunur: "Berron Harvarda müraciət etməyib və onun və ya onun adından hər hansı birinin müraciət etdiyinə dair hər hansı bir iddia yalandır".

Qeyd edək ki, Tramp və ətrafının Harvard Universitetinə qarşı qərəzli münasibətini bir çoxları onun kiçik oğlunun universitetə qəbul edilməməsi ilə əlaqələndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR