İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə dəyişkən iş qrafikinə keçidlə bağlı VACİB AÇIQLAMA

Məktəblərdə dərslərin başlama vaxtını müəllimlər və valideynlər müəyyən edə bilirlər.

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, Bakıda əsas problem valideynlərin övladlarını məktəbə qoyub getməsidir: "Əgər valideynlər qərar versələr ki, dərslər 8-də yox, 9-da başlaya bilər, bu halda sürüşdürmə edilə bilər", deyə nazir vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məqamlar da qeyd olunub.

Bunlardan biri də dövlər orqanlarında çalışanların iş qrafiki ilə bağlıdır.

Belə ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR