Onlayn ictimai-siyasi qəzet
İbtidai sinif üzrə müəllimlərin əməkhaqqı əvvəl 748 manat idisə, sertifikasiyadan sonra 1 167 manat olub.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər əvvəl 841 manat maaş alırdısa, sertifikasiyadan sonra 1 355 manat, riyaziyyat fənni üzrə əvvəl 1 016 manat idisə, sonradan 1 407 manat, xarici dil üzrə 888 manat idisə, sonradan 1 342 manat olub:
Nazir qeyd edib ki, bu artımlar vergilər də daxil olmaqla olan rəqəmlərdir./"unikal"
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ