Onlayn ictimai-siyasi qəzet
"Rusiya Bakıda "Rus Evi"nin qeydiyyata alınması məsələsini həll etməyə hazırdır və vəziyyətin sağlam şəkildə həllini gözləyir".
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyə.
Qeyd edək ki bundan əvvəl Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər (ruslar-red.) və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov Bakıdan "Rus Evi"nin qeydiyyata alınması tələbi ilə nota aldığını təsdiqləmişdi.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ