İnsanlara hürriyət, millətlərə istiqlal!

USAID böhranı - Bill Geyts Trampla görüşdü

Microsoft-un qurucusu Bill Geyts ABŞ prezidenti Donald Trampla görüşü zamanı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə xarici yardımların davam etdirilməsinə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Geyts NBC telekanalına verdiyi müsahibədə bildirib.

ABŞ-ın yeni Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və sahibkar İlon Mask 2 fevralda USAID-i “cinayətkar təşkilat” adlandıraraq, onun “ölmək vaxtının çatdığını” bəyan edib. Bazar ertəsi günü isə Mask Trampın USAID-in bağlanması ilə razılaşdığını açıqlayıb. Bundan əlavə, DOGE rəhbəri agentliyin bağlanma prosesinin artıq başladığını vurğulayıb.

NBC telekanalının xəbərinə görə,Geyts Ağ Evdə Tramp ilə görüşərək USAID vasitəsilə xarici yardımın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Microsoft-un qurucusu hələlik ABŞ-ın hansı xarici yardımları harada davam etdirəcəyinin qeyri-müəyyən olduğunu bildirib. O, USAID-in yerinə oxşar bir qurum yaratmağın ABŞ üçün çox çətin olacağını da əlavə edib. Bununla yanaşı, Geyts agentliyin bağlanmasının təşəbbüskarı olan Mask ilə görüşmədiyini israrla vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR