İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Meksikanın şimalında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə AP agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Aviaqəza ölkənin şimalındakı Koauila ştatının Ramos Arispe şəhərindəki Plan de Qvadalupe beynəlxalq hava limanı yaxınlığında baş verib.

Ştatın Baş Prokurorluğundan bildirilib ki, hadisə nəticəsində 3 qadın və 1 kişi ölüb.

Yerli hakimiyyət orqanları qəzanın səbəbləri barədə məlumat verməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR