İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksika hakimiyyəti "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti ABŞ-dakı istifadəçilər üçün Google Maps-də Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsi ilə bağlı Google-a qarşı iddia qaldırıb.

Musavat.com xəbər verir ki, məlumatı AFP yayıb.

Bildirilir ki, iddianın qaldırıldığını Meksika prezidenti Klaudiya Şeynbaum açıqlayıb: "İddia artıq qaldırılıb". O, iddianın dəqiq nə vaxt verildiyini və işə hansı məhkəmənin baxacağını açıqlamayıb.

Qeyd edək ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatası Meksika körfəzinin “Amerika” adlandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Onun Senatda müzakirə olunacağı vaxt hələ açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR